Dünyaca məşhur kanadalı müğənni Castin Biber konsert silsiləsi çərçivəsində Las-Veqasda baş tutmalı olan konsertini təxirə salıb. 

"Unikal" "TMZ"yə istinadən xəbər verir ki, buna səbəb onun koronavirus testinin müsbət çıxması olub. 

Məlumata görə, Biber koronavirusa yoluxduğunu şənbə günü bilib. Özünü yaxşı hiss edir. Bazar günü T-Mobile Arenada baş tutmalı olan konsert iyunun 28-də baş tutacaq.