Tanınmış aktrisa Aybüke Pusat kirayə qaldığı evin sahibi ilə problem yaşayır.
"Unikal" xəbər verir ki, o, sözügedən evdə qalmaq üçün 1 illik ödənişi, yəni 41 min lirəni əvvəlcədən ödəyib. Daha sonra isə ev sahibi Aybükedən evdən çıxmağını tələb edib.
Aktrisa əvvəlcədən ödəniş etdiyi üçün getmək istəməyib və nəticədə tərəflər məhkəməlik olub.