Hüquq-mühafizə orqanları tərəfindən Abşeron rayonunda əməliyyat keçirilib.
"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Baş Prokurorluqdan bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.