Bakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"-a verilən məlumata görə, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.
Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.