Etibar Məmmədov “Milyarderlər İttifaqı”nın namizədidir
11:52 21-02-2013
İQTİSADİYYAT
Abbas Abbasov Etibar Məmmədovu gündəmə gətirir
“AMİP iyun ayında keçirəcəyi qurultayında partiyanın lideri Etibar Məmmədovun prezidentliyə namizədliyi ilə bağlı qərarını verəcək”. Bu sözləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev təşkilatın seçkilərdə iştirakı ilə bağlı perspektivini şərh edərkən deyib.
Onun sözlərinə görə, indi partiyada qurultaya hazırlıq işləri aparılır.
“Partiyanın prezident seçkilərindəki namizədi ilə bağlı qərarı qurultayda veriləcək. İndi biz Etibar Məmmədovun namizədliyi ilə bağlı hələ bir şey deyə bilmərik. Qurultayda bu məsələ müzakirəyə çıxarılacaq”-deyə o, vurğulayıb.Qeyd edək ki, Etibar Məmmədov 2004-cü ildə aktiv siyasəti tərk edib.Maraqlıdır,hansı səbəbdən Etibar Məmmədovun prezidentliyə namizəd olma məsələsi gündəmə gəldi və hansı nəticələri gözləmək olar?
Ekspertlər bildirir ki, ilk diqqəti cəlb edən məsələ budur ki, bu mövzu artıq partiyadan kənarda yox, elə partiyanın öz daxilindən gündəmə gətirilib və buda təsdiqləyir ki, məsələdən Etibar Məmmədovun da xəbəri var. Həmçinin xəbərin formasına baxanda aydın olur ki, bu kəşfiyyat xarakterli bir məlumatdır və məqsəd ictimai rəyi öyrənməklə bağlıdır. Bundan başqa Etibar Məmmədovun prezidentliyə namizəd olması məsələsi ilə bağlı “Unikal”a yetərli qədər maraqlı məlumatlar daxil olub. Mənbənin verdiyi məlumata görə Etibar Məmmədovun prezidentliyə namizəd olma məsələsi bir neçə ay öncə Moskvada müzakirə olunub və onun namizədliyi üzərində baş nazirin keçmiş birinci müavini Abbas Abbasov dayanıb. Buda bildirilir ki, əslində öncə ki, plana əsasən prezidentliyə namizəd elə Abbas Abbasovun özü olmalı imiş. Amma bəzi məqamlar nəzərə alınıb və qərar dəyişdirilib. Çünki Abbas Abbasovdan fərqli olaraq Etibar Məmmədovun müxalifət düşərgəsində nüfuz sahibi olması nəzərə alınıb və beləliklə də Etibar Məmmədov “Milyarderlər İttifaqı”nın namizədi kimi də qəbul olunub. Mənbə bunu da bildirir ki, Abbas Abbasovla Etibar Məmmədovun çox yaxın dostluqları var və Abbas Abbasov bir neçə il öncə Etibar Məmmədova bizneslə məşğul olma imkanları yaradıb. Mənbə qeyd edir ki, indinin özündə də Abbas Abbasovla Etibar Məmmədov Dağıstanda biznes şəbəkəsinə sahibdilər və “Milyarderlər İttifaqı” ilə də Etibar Məmmədovun əlaqələrini yaradan o olub. Mənbə bunu da qeyd edir ki, “Milyarderlər İttifaqı”nın Etibar Məmmədovun üzərində dayanmaları təsadüf deyil və bir sıra məqamlar nəzərə alınıb.
İlk növbədə aydın olan budur ki, Etibar Məmmədovun cəmiyyətdə hələ də nüfuzu var və bir müddət öncə siyasətdən getməsi səbəbindən ənənəvi müxalifətdən fərqli imicdədir. Bu isə əsas verir ki, Etibar Məmmədov müxalifətin sosial bazasına sahiblənsin. Bundan başqa Etibar Məmmədovun qərbi azərbaycanlı olmasıda əsas faktorlardandır. Məlum olduğu kimi hazırda qərbi azərbaycanlılar istər hakimiyyətdən, istərsə də müxalifətdən bir qədər məsafədə durmağa çalışırlar. Məhz bu sosial bazanı da ələ keçirtmək Etibar Məmmədovun şanslarını artıra bilər. Nəhayət Etibar Məmmədovun bir üstünlüyü də ondadır ki, müxalifət düşərgəsində ki, bəzi qüvvələri bir araya gətirə bilər.
İlk növbədə ACP lideri Rəsul Quliyevlə, KAXCP sədri Mirmahmud Mirəlioğlunu xüsusi olaraq qeyd etmək lazımdır. Bunu da vurğulayaq ki, Etibar Məmmədovla Rəsul Quliyev illər öncədə müttəfiq olublar və indinin özündə də münasibətləri davam edir. Etibar Məmmədovun başqa bir üstünlüyü isə budur ki, onun mövcud hakimiyyətdə ki, bəzi qüvvələrlə də sıx münasibəti var və onlarında dəstəyindən bəhrələnə bilər. Amma bütün bu keyfiyyətləri ilə yanaşı Etibar Məmmədovun prezidentliyə namizəd kimi bəzi problemləri də var. İlk növbədə əsas problem odur ki, Etibar Məmmədov uzun müddət siyasətdən kənarda olub və bu onun qısa müddətdə toparlanması üçün sözsüz ki, çətin olacaq. Müşahidəçilər hesab edir ki, bu səbəbdən də hələ ki, Etibar Məmmədov konkret qərar çıxara bilmir və bu səbəbdən hələ ki, ictimai rəy öyrənilir. Bununla yanaşı bildirilir ki, Etibar Məmmədovun hakimiyyətlə ciddi ilişgiləri var və bu səbəbdən hakimiyyətə rəqib olmasıda müəyyən çətinliklər yaradacaq. İstənilən halda isə Etibar Məmmədovun prezidentliyə namizəd olması ilk növbədə Müsavat başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimliyə ciddi zərbə olacaq. Çünki onların bu gün sahibləndikləri sosial bazanın böyük bir hissəsi Etibar Məmmədovun cəbhəsinə keçəcək. Sonda bunu da xatırladaq ki, hazırda dörd şəxs prezidentliyə namizəd olacaqlarını bəyanlayıblar. Bunlar İsa Qəmbər, İqbal Ağazadə, Mirmahmud Mirəli oğlu və İlqar Məmmədovdur. (Unikal qəzeti)
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00