Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

"Unikal" xəbər verir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Elzadə Cəfərov təyin olunub.
O, daha öncə Daşkəsən rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.