Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, rayon sakini Yusif Usubov istifadəsində olan “VAZ-2107” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin əməllərini sosial şəbəkələrdə paylaşıb.
Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub.