Sabah Xocalı soyqırımı ilə bağlı növbəti yürüş keçiriləcək.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır: “Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı görülən işlərin əsasını təşkil edir. Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unutmayacaq. Əminəm ki, gec-tez ədalət öz yerini tutacaq, bu soyqırımı törədənlər öz layiqli cəzasını alacaqlar”.
S.Qafarova qeyd edib ki, Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrlərinə, 10 beynəlxalq parlamentə Xocalı soyqırımın tanıdılması üçün sənədlər göndərib.
Anar Kəlbiyev