Milli Məclisin bu gün keçirilən iclasında deputat "Soyqırım parkı" yaradılmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu təkliflə deputat Razi Nurullayev çıxış edib. O bildirib ki, soyqırım 30 ildir hüquqi qiymət almayıb, bu qanlı cinayəti törədənlər hələ də cəzalandırılmayıb.
Soyqırımın dünya ictimaiyyətinə daha geniş çatdırılması üçün Xocalı soyqırımı ilə bağlı dünyada analoqu olmayan bir soyqırım parkı yaradılsın. Hər il Azərbaycanda 4-5 istirahət parkı açılır. Təklifimiz budur ki, Azərbaycanda 5-10 hektar ərazidə “Soyqırım parkı” yaradılsın. Orda Xocalıda şəhid olan, 31 Mart soyqırımında həlak olan hər bir kəsə abidə ucaldılsın və bu abidələrdən ibarət bir parka çevrilsin. Azərbaycana gələn turistlər də, məkləblilər də, gənclər də, tələbələr də bu parkı ziyarət etsin, Azərbaycan xalqının başına gətirilən müsibətdən xəbərdar olsunlar. Tarixi əyani şəkildə öyrənməyə ehtiyac var. Belə bir parkın açılması çöx böyük irəliləyiş olardı".
Anar Kəlbiyev