Ağacəkmə aksiyası zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif növ 200 ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
"Unikal" xəbər verir ki, keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və Hüquq Mühafizə orqanları iştirak ediblər.