Beynəlxalq axtarışda olan daha bir azərbaycanlı ekstradisiya edilib.
Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, Elnur Abbasovun Rusiyadan Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edilib.
Nəsimi rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə E.Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən və cinayət təqibi orqanından gizləndiyinə görə barəsində 1998-ci ildə beynəlxalq axtarış elan edilib.
Elnur Abbasovun Rusiyada törətmiş olduğu digər cinayətə görə 2017-ci ildən cəza çəkdiyi müəyyən olunub. 2022-ci il fevralın 24-də o, Rusiyadan Azərbaycana gətirilib.