Milli Məclisin Mədəniyyət komitəsinə yeni üzv seçilib.

"Unikal" xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Razi Nurullayevin Milli Məclisin Mədəniyyət komitəsinə üzv seçilməsi təklif olunur.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Anar Kəlbiyev