“Hansısa deputatın komitəyə, beynəlxalq parlamentlərarası dostluq qrupuna üzv olması Milli Məclisdə qaldırılmamalıdır”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu məsələlərlə bağlı iclasda səsvermə olmasın: “Kim hansı komitəyə üzv olmaq istəsə bununla bağlı komitəyə müraciət etsin. Siz sadəcə bunu iclasda elan etsəniz yaxşı olar. Doğrudur, bu daxili Nizamnamənin tələbidir. Amma düşünürəm ki, bunu dəyişməliyik”.
Spiker Sahibə Qafarova isə bildirib ki, bu daxili Nizamnamənin tələbidir: “Bunu vaxtında təklif edərdiniz. Mən də hazıra gələrdim. Bir dəfə dedim ki, 30 il niyə susmusunuz, hamı yazdı. İndi bunu da yazacaqlar”.
Anar Kəlbiyev