Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) böyük institutlarında yoxlamalar aparacaq.
Bu barədə "Unikal"a Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
O bildirib ki, AMEA-nın mərkəzi aparatında hələ ki, yoxlamaların aparılması nəzərdə tutulmur: "Ancaq böyük və maliyyətutumlu institutlarında yoxlamalar aparıla bilər".