"Hazırda bağçaların Təhsil Nazirliyinə təhvil verilməsi prosesi davam edir".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu prosesin mart ayının sonuna qədər başa çatacağına ümid edir.
E.Əmrullayev həmçinin diqqətə çatdırıb ki, müəllimlərin bağçalarda işə qəbulu qaydaları hazırlanır: "Bu qaydalar məktəblərə müəllimlərin qəbulu qaydasına oxşar formatda olacaq. Sualların necə və nə formada olacağını açıqlayacayıq".
Anar Kəlbiyev