Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.
"Unikal" xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.
Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.