Dünyaca məşhur aktyor Arnold Şvarseneqqer sosial mediadan etdiyi paylaşımla diqqət çəkib.  

"Unikal" xəbər verir ki,  aktyor sosial medaiada Ukraynada gedən müharibə ilə bağlı fikirlərini bölüşüb. 

"Fikrim ukraynalılardadır. Faciə ürəyimiz parçalayır. Amma Ukrayna xalqının cəsarəti bizi qürurlandırır. Siyasətlə bağlı ekspert deyiləm. Buna görə də analizi ağıllı insanlara buraxıram. Amma mən müharibə olan ölkədə böyüməyin nə olduğunu bilirəm. Müharibədə heç kim qalib gəlmir. Hamı əziyyət çəkir. Müharibə həm qalibləri, həm də məğlubları sındırır. Onlardan heç biri müharibə istəmir. Ümid edirəm ki, heç kimə lazım olmayan bu müharibəyə tezliklə son qoyulacaq. Hazırda mən Ukrayna xalqının yanındayam. Sizin kədərinizi bölüşürəm. Bu dəhşət qarşısındakı qürurlu duruşunuzla məni heyran edirsiniz. Allah sizə kömək olsun", - deyə, Arnold paylaşımında vurğulayıb.