Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna ordusuna misli görünməmiş yardım, o cümlədən 450 milyon avro dəyərində silah tədarükünü maliyyələşdirməyə razılaşıblar.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin diplomatı Cosep Borrell bildirib.
"Biz 450 milyon avro dəyərində və 50 milyon avro dəyərində öldürücü silahların tədarükü imkanımızdan istifadə edirik... Biz bunu ilk dəfədir edirik", - Borrell Aİ-nin xarici siyasət rəhbərləri ilə videokonfransdan sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Aİ müdafiə nazirləri görüşərək Ukrayna ordusuna silahların necə çatdırılmasını müzakirə edəcəklər. Polşa Ukrayna üçün silah toplayan mərkəzə çevriləcək.
Qərarın yaxın saatlarda rəsmiləşdirilərək dərc olunacağı qeyd olunub.
Ağarza Elçinoğlu