Rusiya qoşunları Ukraynanın Zaporoje bölgəsinin Berdyansk rayonunu və  Enerqodar şəhərini işğal edib.

"Unikal" xəbər verir ki, bu barədə "Korrespondent"in məlumatında artıq yerli polis idarəsinin ləğv edildiyi bildirilib. Yerli hakimiyyət rus işğalçıları ilə əməkdaşlıqdan imtina edib. 

Fevralın 28-də Berdyansk vilayəti administrasiyası "Facebook"da məlumat yayıb: "Müxtəlif icmalarda düşmənin texnikası müşahidə olunur. Axşam saatlarından etibarən Osipenkovskaya icmasının yerli sakinləri telefon axtarışında olan işğalçıların onların evlərinə "basqınlar" etdikləri barədə məlumat veriblər. 

"Berdyansk polis idarəsi ləğv edilib. Şəhər hakimiyyəti işğalçılarla əməkdaşlıqdan imtina edib. İctimai xidmətlərin bir hissəsi işləyir. Şəhər nəqliyyatı dayanıb".

xxx

01:48

Rusiya qoşunları Ukraynanın Zaporoje bölgəsinin Berdyansk rayonuna daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Korrespondent" məlumat yayıb. 

Sakinlərin dediyinə görə, işğalçılar ərzaq mağazalarını qarət edir. Qeyd olunub ki, yanacağı tükənən ruslar texnikaları üçün ərazidə yanacaq axtarır.

Ağarza Elçinoğlu