Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan iki rusiyalı milyarder Mixail Fridman və Oleq Deripaska Putini “sülhə” çağırıblar.
"Unikal" xəbər verir ki, “LetterOne” (L1) investisiya şirkətinin sahibi, Ukrayna əsilli rusiyalı milyarder Fridman işçilərinə “Müharibə heç vaxt cavab ola bilməz” ifadəsi ilə elektron məktub göndərib.
Fridman ailəsinin hələ də yaşadığı Lvovdakı ukraynalı köklərinə toxunaraq deyib:
"Bundanbaşqa, mən Rusiya vətəndaşı olaraq həyatımın çox hissəsini biznes qurmağa və inkişaf etdirməyə sərf etmişəm. Ukrayna və rus xalqları ilə dərindən bağlıyam. Mövcud qarşıdurmanı hər ikisi üçün 'faciə' olaraq görürük".
İşçilərinə adətən siyasi açıqlamalar verməkdən qaçdığını bildirən Fridman, "Rusiya və Ukraynada minlərlə işçimə qarşı məsuliyyətləri olan bir iş adamıyam. Amma əminəm ki, müharibə heç vaxt cavab olmayacaq. Bu böhran insanların həyatı bahasına başa gələcək".
Rusiyalı oliqarx Mixail Fridman keçən il "Forbe"-in dünya milyarderləri siyahısına görə dünyanın 128-ci ən varlı adamı olub.