Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda 180-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Bazar ertəsi Moskva vaxtı ilə saat 8.03-ə olan məlumata görə, Vnukovoya 6 reys gecikib, 43-ü ləğv edilib. Domodedovoya 9 reys gecikib, 14-ü ləğv edilib, Şeremetyevoya isə 14 reys gecikib, 100-ü ləğv edilib", - deyə məlumatda qeyd olunub.