Reper Elşad Xose "Şourum" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, reper proqramda bəzi açıqlamalar verib. Belə ki, o, aparıcılığa başlayacağını deyib:
"Musiqidən kənara çəkilmişəm, veriliş hazırlayıram. "YouTube"da yayımlanacaq, güman ki, efirdə də gedəcək. Adım Xose olduğu üçün proqramın adı "Xosunbay"dır. Qonaqlarım Şəbnəm Tovuzludan tutmuş Röya Ayxana kimi hamı olacaq. İlk qonağım isə Sakit Məmmədovun oğlu Nizar Məmmədovdur".
Qeyd edək ki, Elşad bir müddət əvvəl verilişlərə qatılmaq üçün telekanal rəhbərlərində qonorar tələb etdiyini açıqlayıb.