Reper Snuti Vayld güllələnərək qətlə yetirilib.

"Unikal" xəbər  verir  ki, hadisə ABŞ-nin Hyuston şəhərində qeydə  alınıb. Bildirilir ki, 37 yaşlı reper boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.

 Onun cəsədi xəndəkdə tapılıb. Snuti xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər. Araşdırmalar aparılır. 

Qeyd edək ki, Snuti həmkarı Yo Qotti ilə ifa etdiyi "Yayo" mahnısı ilə tanınırdı. 2014-cü ildə dərc olunan video yutubda 43 milyondan çox baxış toplayıb.