Ukraynanın Prezidenti Volodimir Zelenski və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib.
“Kansler Olaf Şoltsla telefon danışığım olub. Sülh danışıqları zamanı Rusiyanın Ukrayna şəhərlərində yaşayış ərazilərini atəşə tutmasından danışdım. Ukrayna səmasının bağlanması lazım olduğunu vurğuladım. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı işi sürətləndirmək lazımdır”, - Ukrayna lideri qeyd edib.