Rusiyalı aktyor Andrey Bozhanov Sankt-Peterburqda bank ofisini soymağa cəhd edib.
"Unikal" xəbər verir ki, müşahidə kameraları aktyorun kassirə silah doğrultmasını və pulu ondan tələb etməsini qeydə alıb.
Lakin Andrey buna müvəffəq ola bilmədən oradan qaçıb. Aktyor bir neçə saat sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində quldurluq maddəsi ilə cinayət işi açılıb. Aktyorun 8 ilə qədər həbs gözləyir.