Dünyaca məşhur fransız markası "Balenciaga" Ukraynaya dəstək çıxıb.
"Unikal" xəbər verir ki, Rusiyanın keçirdiyi hərbi əməliyyatlara görə Ukraynanın bayrağının şəklini rəsmi instaqram hesabında paylaşıb. Marka digər paylaşımları gizlədərək təkcə Ukraynaya dair postunu saxlayıb.
Həmçinin brend qaçqınlara maddi yardım etdiklərini açıqlayıblar:
“Biz sülh tərəfdarıyıq və ukraynalı qaçqınlara ilk humanitar yardım üçün Ümumdünya Ərzaq Təşkilatına vəsait ayırdıq. Yaxın günlərdə Ukraynadakı vəziyyətlə bağlı hesabat vermək və məlumat paylaşmaq üçün platformalarımızı açacağıq."