Məşhur aktyor Stiven Siqal Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşımı diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, tərəfləri sülh yolu ilə məsələni həll etməyə çağırıb:
"Çoxumuzun Rusiya və Ukraynada ailə üzvləri, sevdiyi dostları var. Hər iki tərəfi də ailəm kimi görürəm. İki ölkənin bir-birinə düşmənçiliyinin arxasında başqaları tərəfindən ödənilən külli miqdarda pul və bu yolla aparılan təbliğat dayanır. Dualarım hər iki ölkənin sülh içində birlikdə yaşaya və inkişaf edə biləcəkləri həll yoluna gələ bilməsidir".
Lakin Stivenin bu reaksiyası sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, S.Siqnal Rusiya prezidenti Vladimir Putinlə yaxın dostdur.