Bakıda qadın həyat yoldaşını bıçaqlayıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət edilib.
Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.
Bildirilib ki, hadisənin polis şöbəsinin həyətində baş verməsinə dair yayılan informasiyalar həqiqətə uyğun deyil:
"Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək".