Bakı metrosunda dilənçilərə qarşı əməliyyat keçirilib, 16 nəfər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılıb və barələrində müvafiq tədbir görülüb.