Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
"Unikal" xəbər verir ki, bunu MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır.
N.Məmmədli qeyd edib ki, bu sənədlərin ilkin versiyası hazırlanıb və müvafiq olaraq qurumlarla müzakirə olunmaqdadır.