Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov növbəti səyyar qəbul keçirib.
"Unikal" xəbər verir ki, Sumqayıt şəhər Ceyranbatan qəsəbəsi, Aşağı Mollu kənd tam orta məktəbində keçirilən qəbulda icra hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə və müəsissə rəhbərləri iştirak edib.
Qəbulda 34 nəfər sakin iştirak edib, 9 məsələ qaldırılıb. Həmin məsələlərdən 3-ü yerində həll olunub, 6-sı isə baxılması üçün nəzarətə götürülüb.
Sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.
Sonda məktəbin müəllimləri ilə görüş keçirilib.