Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

"Unikal" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər. Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.