İcbari tibbi sığortanın həyata keçirilməsi sahəsində 2500-dən çox xidmətlər zərfi çərçivəsində əhali xidmətlər ala bilir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, ölkəmizdə artıq ailə həkimi institutu formalaşmağa başlayıb.
"Əhali tərəfindən icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı narahatlıqlar da mövcuddur. Belə ki, bir çox yüksək texnologiyalı əməliyyatların həyata keçirilməsi üçün klinikalarımızda böyük növbələr var".
Ə.Əmiraslanov qeyd edib ki, bu il də Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı dinləmə keçirilməsi planlaşdırılır.
"Ötən il keçirilən bu dinləmələr bu il də davam etdiriləcək".
Anar Kəlbiyev