"Bakı-Quba yolu çox bərbad vəziyyətdədir".
"Unikal" xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, bu yolla gedib-gəlmək qeyri-mümkündür:
“Quba, Qusar turizm bölgəsidir, əvvəllər çox insanlar bu yerlərə gedirdilər. Amma yolun bu hala düşməsindən sonra gedənlərin sayı xeyli azalıb. Baş nazirdən xahiş edirəm ki, bu yolun təmirinə vəsait ayırasınız. Çünki mən sual ünvanlayanda aidiyyəti qurumlar deyir ki, alternativ yol çəkiləcək. Amma o yol tezliklə çəkilməyəcək. Ona kimi mövcud yol təmir edilsə, yaxşı olar”.
Anar Kəlbiyev