Yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə "SOCAR Cape" MMC-nin əməkdaşları da qoşulub. 

"Unikal" xəbər verir ki, torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "SOCAR Cape" MMC-nin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.