Hökumətin hesabatına Milli Məclisdə bir gün ayrılması düzgün deyil".
"Unikal" xəbər verir ki, bunu Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, çıxışa yazıla bilənlər danışır, yazıla bilməyənlər isə çıxış edə bilmir:
"Sanki, parlament hökumətə hesabat verir. Bizim üçün əlçatan tribuna buradır. Hökumət üzvlərinə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problem deyirik, deyirlər geri dönəcəyik və s. Burda da elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Bir gün çox azdır”.
S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.
MM sədri Sahibə Qafarova isə bildirib ki, S.Rüstəmxanlı çıxış etmək üçün yazılanlar sırasında 29-cudur, vaxt çatsa, ona da söz verəcək.
Anar Kəlbiyev