Şəhər mərkəzində velosiped yollarının tikintisi davam etdirilir. Təşkil edilən velosiped yollarına iki komponentli boyaların vurulmasına artıq başlanılıb. Şəhərin mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluqlda velosiped yolunun 1.6 km artıq yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Baş Planına əsasən velosiped yol şəbəkəsinin uzunluğu 2027-ci ilədək 63.5 km, 2040-cı ilədək 251.2 km təşkil edəcək.