“Milli Məclis deputatlarının müraciətlərinə baxılmır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, 1-nə də cavab verilməyib”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat kommunal xidmətlərin qiymətlərin artırılmasından da danışıb: “Kommunal qiymətlər artırılır, buna yol vermək olmaz. Mən bu gün evdəki qaz, işıq pulunu hesablamaqda çətinlik çəkirəm. Bu, nə limit məsələsidir? Əhalini dövlətdən narazı salmaq olmaz”.
Anar Kəlbiyev