Bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox yeyilməməsi məsləhət görülür.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
Həkim bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu bildirib. Onun sözlərinə görə, əsas şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin həmin şirniyyatlardan uzaq durmaları tövsiyə olunur.
"Yemək qadağası təbii ki, yoxdur. Lakin qidaları miqdarında yemək məsləhətdir. Məsləhət görərdim ki, bayram günlərində axşam saat 8-dən sonra yemək yeyilməsin və hərəkətlilik təmin olunsun”, - deyə Z.Quliyev vurğulayıb.