Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan əcnəbilər bundan belə Mərakeşə getmək üçün yenə də turist vizası ala biləcəklər.
“Unikal” xəbər verir ki, Mərakeşin Azərbaycandakı səfirliyinin açıqlamasına görə, koronavirus pandemiyası üzündən daha əvvəl dayandırılmış viza verilməsi üçün sənəd qəbuluna yenidən başlanır.
Əlavə məlumat üçün səfirliklə əlaqə saxlamaq xahiş olunur.