Son günlər ölkədə şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların çatışmazlığı yaranıb.
"Unikal"ın məlumatına görə, poliklinikalara müraciət edən xəstələrə lazımi dərmanlar verilmir. Dərmanların verilməməsinə əsas kimi isə ölkədə həmin dərmanların qıtlığı göstərilir.
Pasiyentlər qarşıdan qeyri-iş günlərinin gəldiyi üçün poliklinikalarda uzun növbələrin yaranacağından narahatdırlar.
Qeyd edək ki, sözügedən dərmanlar adətən hər ayın 10-na qədər poliklinikalara verilirdi.
Murad İbrahimli