Bu gün millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, qəbul Novruz Aslanovun İsmayıllı rayonunda yerləşən ofisində təşkil olunub və orada deputatla canlı ünsiyyət qurmaq üçün seçicilərə hər cür şərait yaradılıb. Deputatla qarşılıqlı ünsiyyət vasitəsilə bir çox məsələlər barədə müzakirələr aparılıb. Seçicilərin qaldırdığı məsələlər əsasən sosial və şəxsi məişət problemləri, işlə təminat və digər məsələlərlə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb. Ehtiyacı olanlara müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, millət vəkilinin fəaliyyət qrafikinə uyğun olaraq həftənin dördüncü günləri qəbullar keçirilir. Münasib vaxtlarda Novruz Aslanov rayona səfərlər edərək belə qəbullar keçirir. Digər hallarda qəbullar videoformatda təşkil olunur.