Bu ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % artaraq 461,5 milyon ABŞ dolları təşkil edib.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir”, - o qeyd edib.
2022-ci ilin yanvar-fevral aylarında #qeyrineft məhsulları ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artaraq 461,5 mln. dollar təşkil edib. Bu, qeyri–neft sektorunda ixrac potensialının və milli #iqtisadiyyat-ın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir. pic.twitter.com/eUJtSJIrTh
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2022