Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə "Unikal" Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir.

Qeyd edilib ki 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb.

Xatırladaq ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna martın 4-dən başlanılıb.