Azərbaycanda “İkinci arvad” adlı şirkət yaradılıb. Sözügedən MMC 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
"Unikal" xəbər verir ki, adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı ARB TV-nin “Günə Doğru” verilişi süjet hazırlayıb.
Şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, “İkinci arvad” gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq restoranının adıdır. Bəs niyə başqa ad yox, məhz “ikinci arvad”? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir.
“Adı belədir. Həyat yoldaşın yoxdursa, gəlib bu restoranda qarnını doyura bilərsən”, - İmran Şehzad deyib.