Sabahdan etibarən Bakı-Gəncə sürət qatarlarının hərəkəti bərpa olunur.
"Unikal" xəbər verir ki, bu gündən biletlərin satışına start verilib.
Bilet alışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən peyvənd, əks-göstəriş və ya immunitet sertifikatı tələb olunacaq.
Qeyd edək ki, Bakı-Gəncə sürət qatarında gediş haqqı artırılıb. Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.