ANT Şirkətlər Qrupunun Prezidenti Azad İbrahimovun oğlu saxlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə İsrail vətəndaşı Emin adlı şəxsin şikayəti əsasında Nərimanov rayon Məhkəməsinin qərarı ilə Samir İbrahimov həbs edilib.
****
Azad İbrahimov "Unikal"a açıqlamasında bildirib ki, oğlu barəsində şikayət olunduğu üçün həbs edilib. Onun sözlərinə görə, artıq şikayətçi ilə oğlu arasında anlaşma olduğu üçün Samir İbrahimov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. İş adamı mövzu ilə bağlı başqa bir açıqlama vermək istəməyib.
Orxan Həsənli