Ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması şikayəti ilə bağlı "Azəriqaz"ın Metrologiya Departamentinə müraciət edib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyasında Birliyin Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib.
O bildirib ki, vətəndaşların və departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb:
"Hər birində qazın sərfiyyatı qaydalar çərçivəsində olub".
Anar Kəlbiyev