Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademiyanın işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla bağlı qərar verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, qərara əsasən, E.Məmmədov vəzifəsinə bərpa olunub. O, mart ayının 28-də vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Elton Məmmədov ötən il vəzifəsindən azad edilmişdi. Daha sonra o, AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə isə onun işə bərpa olunması ilə bağlı qərar qəbul edib.
Orxan Həsənli