2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,0 dəfə artaraq 184,2 min nəfər olub.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artmışdır. Ölkə vətəndaşlarının 40,5 faizi Türkiyəyə, 24,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi İrana, 7,8 faizi Gürcüstana, 15,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 35,0 faizi dəmir yolu və avtomobil, 62,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.